...

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Cəmiyyət Materials 21 May 2025 10:25 (UTC +04:00)
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
• Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
• Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
• Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları

Ətraflı məlumat üçün:
https://www.timeshighered-events.com/eurasia-universities-summit-2025

Məqalədə:
Xəbər lenti

Xəbər lenti