...

Tbilisinin Vake rayonunda yol təmiri ilə bağlı nəqliyyat məhdudiyyətləri tətbiq edilir

Dünya xəbərləri Materials 21 May 2025 07:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisinin mərkəzində, Vake rayonunun Kakutsi Çolokaşvili və Giorgi Tsereteli küçələrində aparılan yol təmir işləri ilə əlaqədar artıq dörd aydır nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub.

Trend-in məlumatına görə, bu barədə paytaxt meriyasının mətbuat xidməti məlumat yayıb.

Təmir işləri Vake parkına bitişik ərazidən Tsknetskoe şossesi 6-ya qədər olan hissəni əhatə edir. Yeni məhdudiyyətlər mayın 22-si saat 00:00-dan etibarən qüvvəyə minəcək.

Məlumata əsasən, Tamaraşvili prospekti ilə Çabua Amirejibi şossesinin kəsişməsindən Tamaraşvili prospekti ilə Giorgi Tsereteli küçəsinin kəsişməsinə qədər olan hissədə sola dönmələr qadağan ediləcək, hərəkət yalnız düz və sağa istiqamətdə mümkün olacaq. Eyni zamanda, bu hissədə ictimai nəqliyyat zolağında hərəkətə qoyulan məhdudiyyətlər müvəqqəti olaraq aradan qaldırılacaq.

Tsereteli küçəsində iki sağ zolaq nəqliyyat üçün bağlanacaq, digər zolaqlarda hərəkət davam etdiriləcək. Çolokaşvili küçəsində isə həm avtobus zolağı, həm də Tskneti şossesi istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu hissə müvəqqəti olaraq ikitərəfli və ikizolaqlı yola çevriləcək.

Bundan əlavə, Vake qəbiristanlığından Levan Samxarauli Milli Məhkəmə Ekspertizası Bürosuna qədər olan yol hissəsində də nəqliyyatın hərəkəti qadağan ediləcək. Alternativ olaraq sürücülər İliya Çavçavadze prospektindən Tamaraşvili prospekti, Universitet küçəsi və Baqebi körpüsü ilə Tsknetskoe şossesinə doğru hərəkət edə biləcəklər. Eyni marşrut əks istiqamətdə də istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti