...

2024-cü ildə əhalinin min nəfərinə düşən boşanma sayı dəyişməyib

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
2024-cü ildə əhalinin min nəfərinə düşən boşanma sayı dəyişməyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nikahların ümumi sayı 2247, boşanmaların sayı isə 969 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti