...

Azərbaycanda qadın mediatorların sayı kişilərdən 2,5 dəfə çoxdur (FOTO)

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Azərbaycanda qadın mediatorların sayı kişilərdən 2,5 dəfə çoxdur (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mediasiya Şurasının məlumatına əsasən, Şuraya üzv olan mediatorların ümumi sayı ölkə üzrə 381 nəfərdir. Onlardan 109-u qadın, 272-si isə kişidir. Bakıda 210 nəfər, Naxçıvanda 7 nəfər, regionlarda isə 164 nəfər mediator fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, mediatorlardan 42.3%-nin ixtisası hüquqşünasdır. Eyni zamanda dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarından 44-ü mediasiya təşkilatları reyestrinə daxil edilib. Onlardan 17-si Bakı şəhərində, 2-si isə Gəncə şəhərində, digərləri Naxçıvan, Lənkəran, Şəki, Qazax, Cəbrayıl, Sabirabad, Tovuz, Qusar, Salyan, Samux, Sumqayıt, Mingəçevir, Goranboy, Yevlax, Qəbələ, Masallı, Bərdə, Quba, Abşeron, İsmayıllı, Ağsu, Ağdam, Şirvan, Göygöl, Ağcabədi rayonlarında yerləşir.

2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47.212 müraciət daxil olub. Daxil olan müraciətlərdən 43.761-i ailə mübahisələri, 2.427-si əmək mübahisələri, 64-ü kommersiya mübahisələri, 377-si isə mülki mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 44.601 müraciət nəticələnib (ya həll olunub, ya da məhkəməyə göndərilib). Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 22.033, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 6.488-dir.

2024-cü il ərzində ümumilikdə 7.554 barışıq sazişi imzalanıb ki, bu da 47% uğurlu nəticə deməkdir. Barışıqlardan 6.963-ü ailə mübahisələri üzrə daxil olmuş müraciətlərdən əldə edilib.

Mediasiya təşkilatlarına daxil olmuş ailə mübahisələri üzrə mediasiya müraciətlərinin 34%-i nikahın pozulması, 24%-i alimentin müəyyən edilməsi, 14%-i zinət və cehiz əşyalarının qaytarılması, 13%-i uşağın ölkə xaricinə çıxarılması, 11%-i uşaqla ünsiyyət tələbi, 4%-i isə digər məsələlər üzrə olub.

2024-cü ildə Naxçıvan Mediasiya Təşkilatına nikahın davam etdirilməsi şərtlərinin həll olunması və aliment tələbi ilə əlaqəli 1320 müraciət daxil olub. Müraciətlər üzrə Mediasiya Haqqında Qanuna əsasən, Mediasiya prosesləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti