Bakı. Trend:
Bu gün Azərbaycan 2-ci liqasında mövsümə yekun vurulacaq.
Trend xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçiriləcək. 2024/25 mövsümünün çempionu da məhz son turda - bu gün bəlli olacaq.
Lider "Şahdağ Qusar" "Dinamo"nun qonağı olacaq. 2-ci pillədəki "Şəfa" isə səfərdə "Qusar"la qarşılaşacaq. "Şahdağ Qusar"ın 71, "Şəfa"nın isə 68 xalı var.
Bu gün həmçinin "Şəmkir" "Şəki Siti" ilə, "Araz-Saatlı" isə "Haypers Quba" ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib.
21 may (çərşənbə)
17:00.“Şəmkir” – “Şəki Siti”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Şəmkir OİK stadionu
17:00.“Araz Saatlı” – “Hypers Guba”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli
Saatlı OİK stadionu
17:00.“Dinamo” – “Şahdağ Qusar”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov
Binə qəsəbə stadionu
17:00.“Qusar” – “Şəfa”
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Neftçi Futbol Mərkəzi (IV meydança)