Bakı. Trend:
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına rəsmi olaraq start veriləcək.
Trend-in məlumatına görə, turnirin ilk günündə ümumilikdə 8 qarşılaşma baş tutacaq. A qrupunda yer alan Azərbaycan milli komandası ilk oyununda Bəhreyn yığması ilə üz-üzə gələcək. Görüş saat 20:30-da start götürəcək.
Oyun öncəsi çempionatın açılış mərasimi təşkil olunacaq. Tədbirdə Türkiyənin məşhur ifaçısı Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova səhnə alacaqlar.
A qrupunun digər matçında isə Mavritaniya və Sloveniya milliləri qarşılaşacaq.