Bakı. Trend:
NATO Norveçin şimalında yeni hava əməliyyatlarını idarəetmə mərkəzi yaradacaq.
Trend-in məlumatına görə, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Yeni mərkəz alyansın Şimali Avropada hava məkanına nəzarət və hərbi hava əməliyyatlarının koordinasiyasına cavabdeh olacaq.
Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, ölkəsinin əsas strateji maraqları məhz şimal bölgəsində cəmlənib.
Layihə çərçivəsində bölgədə NATO-nun 450 əsgəri yerləşdiriləcək. Mərkəzin təxminən 900 milyon avroya başa gələcəyi gözlənilir. Onun dəqiq fəaliyyətə başlama tarixi isə hələ açıqlanmayıb.