...

Qırğızıstan kiçik və orta biznesin inkişafı üzrə AQFETM-in təşəbbüslərini dəstəkləməyə hazırdır

Siyasət Materials 20 May 2025 13:00 (UTC +04:00)
Qırğızıstan kiçik və orta biznesin inkişafı üzrə AQFETM-in təşəbbüslərini dəstəkləməyə hazırdır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində (AQFETM) müzakirə olunan - orta və kiçik biznesin inkişafı üzrə təşəbbüslərə dəstək olmağa hazırdır.

Trend xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov AQFETM biznes-şurasının Bakıda keçirilən 8-ci plenar iclasında çıxışı zamanı bildirib.

O, bu gün bu platformada müzakirə olunan ölkələr arasında yeniliklərin və əməkdaşlıq layihələrinin Qırğızıstan üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bununla əlaqədar səfir əməkdaşlığın inkişafı naminə ölkəsinin diplomatik resurslarını təqdim etməyə hazır olduğunu diqqətə çatdırıb.

Diplomat AQFETM katibliyini və sədrlik edən tərəfi – Azərbaycanı qarşılıqlı fəaliyyətin qurulması və təşəbbüslərinə təşviqi üçün Qırğızıstanın Bakıdakı səfirliyinin imkanlarından istifadə etməyə çağırıb.

“Biz hər zaman əməkdaşlığa açığıq və sizin təşəbbüslərin və qabaqcıl təcrübələrin hədəf auditoriyaya - kiçik və orta biznesin nümayəndələrinə ən tez zamanda gedib çatması üçün hərtərəfli yardım göstərməyə hazırıq.

Mamıtkanov eyni zamanda, AQFETM çərçivəsində olan birgə fəaliyyətə Qırğızstandan olan qadın sahibkarların aktiv şəkildə cəlb olunmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, kiçik və orta biznesin inkişafı Qırğızıstanın iqtisadi keçidində, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyasında, həmçinin “yaşıl” iqtisadiyyatın və bərpa olunan enerjinin təşviqində əsas rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti