Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunun tamamlanmasının ABŞ və onun müttəfiqlərinin maraqlarına cavab verdiyini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı çıxışı zamanı danışıb.
Senator Stiv Deyns bildirib ki, Türkmənistanın Azərbaycana, daha sonra isə Avropa enerji bazarına qoşulması üçün cəmi 20 mil uzunluğunda qaz kəməri kifayət edir. O, bu interkonnektorun tamamlanmasının ABŞ üçün strateji maraq kəsb edib-etmədiyini Dövlət katibindən soruşub.
“Mən bu 20 mil məsafə üzrə texniki ekspert deyiləm, lakin sizin arqumentiniz və təqdim etdiyiniz yanaşmadan bu layihənin qlobal əhəmiyyət daşıdığını aydın şəkildə görmək olur. Düşünürəm ki, bəli – bu, bizim maraqlarımıza uyğundur”, – deyə Dövlət katibi Marko Rubio cavabında bildirib.