Bakı. Trend:
Yelo Bank, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi
(Caspian Agro) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi
Sərgisi (Interfood Azerbaijan) çərçivəsində keçirilən II Beynəlxalq
Aqrar İnnovasiyalar Forumunda iştirak edib. Bakı Ekspo Mərkəzində
baş tutan tədbirdə 31 ölkədən 440-dan çox iştirakçı öz
təcrübələrini və yenilikçi yanaşmalarını paylaşdı. Sərginin əsas
məqsədi aqrar-sənaye kompleksində texnologiyaların tətbiqi, yerli
və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi və əlaqələrin
gücləndirilməsidir.
Forum çərçivəsində keçirilən "Dövlətin maliyyə mexanizmləri" panel
müzakirəsində Yelo Bank-ı mikro biznes müştəriləri departamentinin
direktor müavini Yusif Əliyev təmsil edib. O öz çıxışında aqro
kredit sahəsində Yelo Bankın təqdim etdiyi müasir bank məhsulları
və kredit şərtləri haqqında məlumat verərək, mikro və kiçik
sahibkarlara maliyyə resurslarına çıxışın asanlaşdırılmasının
əhəmiyyətini vurğulayıb.
Yelo Bank, kənd təsərrüfatı sektorunun davamlı inkişafını
dəstəkləyir və bu sahədə fəaliyyət göstərən sahibkarlara hər zaman
faydalı həllər təqdim etməyə davam edəcək.
Bank xidmətləri, o cümlədən kicik biznes
krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumuna qatıldı (FOTO)