Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən minatəmizləmə əməliyyatları icra edilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, icra edilən intensiv minatəmizləmə əməliyyatları nəticəsində artıq 200 000 hektardan çox ərazi mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsindən azad edilib.
Qeyd edək ki, ötən həftə məlumata görə, 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.