...

Yaşayış və məlumat dəyişikliklərinə görə vergi orqanına müraciət müddəti azaldılır

Cəmiyyət Materials 20 May 2025 11:00 (UTC +04:00)
Yaşayış və məlumat dəyişikliklərinə görə vergi orqanına müraciət müddəti azaldılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarında dəyişiklik edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Həmçinin, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Təklif olunan dəyişikliyə əsasən, hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur.

Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.

Bununla yanaşı, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

Sözügedən qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, yuxarıdakı müddət də azaldılaraq 15 gün müəyyən olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti