...

Ötən il Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb - Məmməd Musayev

İqtisadiyyat Materials 20 May 2025 15:40 (UTC +04:00)
Ötən il Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb - Məmməd Musayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 83 faiz, məşğulluqda isə 78,6 faiz təşkil etmiş, ölkədə aktiv vergi ödəyicilərinin sayı 700 mindən çox olub. 2024-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən AQEM-in 10-cu Bines Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta sahibkarlıq subyektləri olaraq, onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı ildən ilə artmaqda davam edir:

"Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, biz sahibkarlığın inkişafı, onların hüquq və mənafelərinin qorunmasını prioritetlərdən biri kimi görürük. Son illərdə xüsusilə qadın sahibkarlığının genişlənməsi, qadınların iqtisadi proseslərdə daha fəal iştirakı üçün real addımlar atılmışdır. Bu baxımdan, qadın sahibkarların təcrübəsinin paylaşılması, şəbəkələşməsi və dəstəklənməsi üçün AQEM kimi platformaların rolu danılmazdır.

Eyni zamanda ölkəmizdə qadın sahibkarların şəbəkələşməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyilə yaradılan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bu istiqamətdə rolunu xüsusi vurğulamaq istərdim".

"Məlumat üçün bildirim ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar qadınların 28,6 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz iqtisadi rayonlarında qeydiyyatdan keçib. Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin isə 5,2%-i qadınlara məxsusdur. Bu qürurverici göstəricidir və əminik ki, onların sayı getdikcə artacaq", - M.Musayev vurğulayıb.

:Hesab edirik ki, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan iqtisadi modellər – yaşıl texnologiyalar, rəqəmsallaşma və inklüzivlik – gələcəyin sahibkarlıq sistemini müəyyən edəcək. Bu mövzular Bakıda keçirilən COP29 tədbirində Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birlikdə götürdüyü pavilyonda da geniş müzakirə olundu.

Hesab edirik ki, bu yolda SİSA regionu qarşılıqlı öyrənmə və birgə təşəbbüslərlə nümunəvi əməkdaşlıq mühiti yarada bilər.

Biz, Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, bu proseslərin fəal iştirakçısı olmaqda davam edəcəyik. İnanırıq ki, bu Forum nəticəsində yeni təşəbbüslər, layihələr və əməkdaşlıq formatları yaranacaq", - deyə M.Musayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti