Bakı. Trend:
"Barselona" futbolçusu İniqo Martineslə yeni müqavilə üzrə danışıqları yekunlaşdırmaq üzrədir.
Trend xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, 34 yaşlı müdafiəçi ilə hazırkı müqavilə gələn ilin yayında başa çatır və onun bir il müddətinə uzadılması nəzərdə tutulur.
Komandanın baş məşqçisi Hans-Diter Flik də Martineslə əməkdaşlığın davam etdirilməsini dəstəkləyir. Flikin fikrincə, İniqo gənc Pau Kubarsi ilə birlikdə müdafiənin mərkəzində etibarlı tandem formalaşdırır.
Qeyd edək ki, İniqo Martines başa çatmaqda olan mövsümdə bütün turnirlər üzrə 46 oyunda iştirak edib, üç qol vurub və altı məhsuldar ötürmə verib.