Bakı. Trend:
Biz regional inkişaf üçün yeni imkanların qapılarını aça və daha inklüziv, rəqəmsal və dayanıqlı iqtisadi gələcək qura bilərik.
Trend xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay bu gün Bakıda keçirilən AQEM-in 10-cu Bines Forumunda çıxışı zamanı deyib.
"Bugünkü forum, ideyalarınızı paylaşmaq, birbaşa əlaqələr qurmaq və əməkdaşlıq üçün yeni sahələri araşdırmaq baxımından əla fürsətdir. Ümid edirəm ki, bu gün keçirilən müzakirələr səmərəli olacaq və AQEM-in geniş regionu boyunca bizneslərə və icmalara real fayda gətirəcək tərəfdaşlıqlara yol açacaq", - o bildirib.