Bakı. Trend:
Hindistan və Pakistan may ayının sonunadək qoşunlarının silahlı münaqişə başlamazdan əvvəl tutduqları mövqelərə geri çəkməyə razılaşıblar.
Trend bu barədə Pakistan KİV-ə istinadən xəbər verir.
“Qoşunlar mayın sonuna qədər münaqişədən əvvəl tutduqları mövqelərə geri çəkiləcək”, - deyə Pakistanın təhlükəsizlik xidmətinin adı açıqlanmayan nümayəndəsi bildirib.