...

"PSG" “İnter” oyununu stadionda canlı yayımlayacaq

İdman Materials 21 May 2025 00:35 (UTC +04:00)
"PSG" “İnter” oyununu stadionda canlı yayımlayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"PSG" (“Paris Saint-Germain”) Çempionlar Liqasının final matçı üçün Almaniyaya gedə bilməyən azarkeşləri üçün xüsusi tədbir təşkil edir.

Trend xəbər verir ki, bunu Paris təmsilçisinin mətbuat xidməti bildirib.

Mayın 31-də Münhendəki “Alyans Arena”da keçiriləcək "PSG" - “İnter” həlledici oyunu Parisdəki “Park de Prens” stadionunda böyük ekranlar vasitəsilə canlı yayımlanacaq.

Azarkeşlər arenada quraşdırılmış nəhəng ekranlar qarşısında matçı izləyə, həmçinin klub tərəfindən qidalanma və digər xidmətlərlə təmin ediləcəklər.

Qeyd edək ki, Çempionlar Liqasının qalibi məhz mayın 31-də Münhendə müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti