Bakı. Trend:
"Real Madrid"in “Atletik Bilbao”nun gənc ulduzu Niko Uilyamsla razılığa gəldiyi barədə xəbərlər yayılıb.
Trend xəbər verir ki, Madrid klubu 22 yaşlı futbolçunun müqaviləsində yer alan 58 milyon avroluq sərbəst qalma maddəsini aktiv etməyi planlaşdırır.
İspaniya millisinin üzvü ilə “Barselona” da maraqlanırdı. Lakin kataloniyalılar ötən mövsüm Uilyamsın transferini reallaşdıra bilməmişdi. Məlumata görə, futbolçu növbəti mövsümdən etibarən “Real”ın heyətində çıxış edə bilər. Hazırda onun “Atletik”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Niko Uilyams 2024/2025 mövsümündə 44 oyunda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.