Bakı. Trend:
Aprel ayında Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 3,5 faiz artıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, inflyasiya mart ayı ilə müqayisədə 2,6 faiz sürətlənib. Aprel ayında istehlak qiymətlərinin illik artım tempi 2024-cü ilin yanvar ayından bəri ən yüksək olub. Britaniyada istehlak qiymətləri apreldə əvvəlki ayla müqayisədə 1,2% artıb. Halbuki mart ayında bu göstərici 0,3% təşkil etmişdi.
Əsas artım aşağıdakı sahələrdə müşahidə olunub:
– Mənzil və kommunal xidmətlər 7,8% bahalaşıb (martda – 1,8%),
– Ərzaq məhsulları və alkoqolsuz içkilər 3,4% (martda – 3%),
– Əyləncə və istirahət 3,1% (martda – 2,4%),
– Nəqliyyat xidmətləri 3,3% (martda – 1,2%),
– Restoranlar və mehmanxanalar 2,7% (martda – 3%).
Əksinə, geyim və ayaqqabıların qiyməti 0,4% ucuzlaşıb (martda 1,1% artım qeydə alınmışdı), mebel və ev əşyaları isə 0,5% ucuzlaşıb (martda 0,5% artmışdı).