...

"Barselona" Rafinya ilə yeni müqavilə imzalayacaq

İdman Materials 21 May 2025 02:45 (UTC +04:00)
"Barselona" Rafinya ilə yeni müqavilə imzalayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona" braziliyalı cinah hücumçusu Rafinya ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Trend-in məlumatına görə, klub və futbolçu tərəfi danışıqları yekunlaşdırıb və razılıq əldə olunub.

Yeni müqaviləyə əsasən, Rafinyanın "Barselona" ilə müqaviləsi bir il uzadılacaq və 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, 28 yaşlı Rafinya cari mövsümdə 56 oyunda iştirak edərək 34 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə birlikdə La Liqa çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti