...

Polşa Almaniya ilə sərhədi bağlamağa hazırdır - Donald Tusk

Dünya xəbərləri Materials 21 May 2025 05:58 (UTC +04:00)
Polşa Almaniya ilə sərhədi bağlamağa hazırdır - Donald Tusk
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Berlinin miqrantları Polşa ərazisinə göndərməyə çalışacağı təqdirdə, Polşa Almaniya ilə sərhədi bağlamağa hazırdır.

Trend xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk TVP Info telekanalına müsahibəsində deyib.

“Sərhədi bağlamağa hazır olacağam”, – deyə Tusk bildirib. “Alman tərəfinə açıq şəkildə dedim: əgər siz bizə miqrant göndərməyə cəhd etsəniz, mən Avropa İttifaqının təhlükəsizliklə bağlı öhdəliklərin müvəqqəti dayandırılmasına imkan verən 72-ci maddəsinə müraciət edəcəyəm”, – o əlavə edib.

Tusk həmçinin vurğulayıb ki, Brüsseldə bəzi nümayəndələrin razılaşmanın bütün üzv dövlətlər tərəfindən icra olunacağına dair bəyanatlarına baxmayaraq, Polşa Aİ Miqrasiya Paktının digər üzv ölkələrdən miqrant qəbulunu nəzərdə tutan müddəalarına əməl etməyi planlaşdırmır.

Xəbər lenti

Xəbər lenti