Bakı. Trend:
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, sifariş əsasında aparılacaq işlərlə bağlı saat 10:00-dan 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisi kəsiləcək.
Qeyd olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.