Bakı. Trend:
Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındıraraq əmlaka ziyan vuran şəxs müəyyən edilərək saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir və onun əməlinə hüquqi qiymət veriləcək.