Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 609 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 20,4 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 403 ədəd və ya 39,8%, dəyər ifadəsi ilə isə 23 milyon ABŞ dolları və ya 53% azdır.
Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta qiyməti 33,5 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 9,4 min dollar və ya 21,9% azdır.