...

Bir çox qurumlar gender büdcələşməsi ilə bağlı suallarımızı cavablandıra bilmir - Sədr müavini

Cəmiyyət Materials 21 May 2025 11:46 (UTC +04:00)
Bir çox qurumlar gender büdcələşməsi ilə bağlı suallarımızı cavablandıra bilmir - Sədr müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir nazirlik, dövlət qurumu gender büdcələşməsini özü-özlüyündə təhlil edib, onlara ayrılan büdcənin gender təhlilini aparmalıdır.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bəzi qurumlar gender büdcələşməsi ilə bağlı suallara cavab verə bilmir:

“İlk illərdə qurumlar qoyulan suallara cavab tapa, bizə hesabat verə bilmirdilərsə, indi ixtisaslaşmış insanlar sayəsində gender haqqında qanunun icra olunması ilə bağlı sualları cavablandıra bilir. Bu il də qoyduğumuz suallardan hamısını cavablandıra bilmədilər. Suallardan biri də gender büdcələşməsi ilə bağlı idi. Bu suala bir çox qurum cavab versə də, bir çoxu isə cavab verə bilmədi. Biz düşünürük ki, növbəti ildə keçirdiyimiz seminarlar nəticəsində həmin qurumlar da bunu edə biləcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti