...

Ölkə ərazisində küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Cəmiyyət Materials 21 May 2025 11:09 (UTC +04:00)
Ölkə ərazisində küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

"Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 m/s-dək güclənib",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti