...

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi TDT ölkələrinin nəqliyyat əlaqələrini yaxşılaşdıracaq - Japarov

Dünya xəbərləri Materials 21 May 2025 14:07 (UTC +04:00)
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi TDT ölkələrinin nəqliyyat əlaqələrini yaxşılaşdıracaq - Japarov
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

Trend-in Budapeştdə olan xüsusi müxbiri xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

"Qırğızıstan nəqliyyat dəhlizlərinin inkişafına və onun tranzit potensialından səmərəli istifadəyə xüsusi önəm verir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi, şübhəsiz ki, tarixi regional layihədir. Əminik ki, bu layihə təşkilata üzv ölkələr arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək", - Japarov deyib.

Onun sözlərinə görə, Qırğızıstandan keçən dəmir yolu marşrutu Çindən Avropaya quru məsafəsini 900 kilometr azaldacaq və çatdırılma müddətini tam bir həftə azaldacaq.

Xatırladaq ki, 2024-cü il iyunun 6-da Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu layihəsinin həyata keçirilməsinə dəstək və maliyyə məsələlərinin həllinə dair saziş imzalanıb. İyulun 26-da birgə layihə şirkəti dövlət qeydiyyatına alınıb: “Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Şirkəti” MMC.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun layihə gücü ildə 10-12 milyon ton yükə qədər artıb. 2024-cü il dekabrın 27-də Qırğızıstanın Cəlal-Abad vilayətində dəmir yolunun tikintisinə başlanılıb. Marşrutun ümumi uzunluğu 500 kilometrə yaxındır ki, bunun da 300 kilometrdən çoxu Qırğızıstan ərazisindən keçəcək.

Xəbər lenti

Xəbər lenti