Bakı. Trend:
“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” Azərbaycan Respub-likası Qanununun qəbul edilməsi təklif olunur.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Məlumatda həmçinin aşağıdakı təkliflər də öz əksini tapıb:
- Doğulan uşaqlar arasında cins balansının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi;
- Arzuolunmaz hamiləliyin qarşısının alınması və abortların azalması məqsədilə kontraseptivlərdən istifadənin təbliği, cinsi tərbiyə ilə bağlı maarifləndirmənin aparılması;
- Erkən evlilik hallarının qarşısının alınması üçün mövcud cəza tədbirlərinin tətbiq olunması;
- Xüsusilə sosial cəhətdən əlverişsiz ailələrdə qızların təhsilinə dəstək üçün sosial tədbirlərin gücləndirilməsi;
- Erkən evlilik halları və erkən nikahların fəsadları haqqında geniş məlumat-landırma tədbirlərinin genişləndirilməsi;
- Aliment Fondunun yaradılması.