...

Özbəkistan TDT çərçivəsində sənaye əməkdaşlığı proqramı və quraqlıqla mübarizə üzrə birgə yol xəritəsini təklif edib

İqtisadiyyat Materials 21 May 2025 16:12 (UTC +04:00)
Özbəkistan TDT çərçivəsində sənaye əməkdaşlığı proqramı  və quraqlıqla mübarizə üzrə birgə yol xəritəsini təklif edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev türk dövlətləri arasında sənaye və ekoloji qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə yönəlmiş bir sıra təşəbbüslərlə çıxış edib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bununla bağlı o, Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxış edib.

“Artıq sənaye sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarmağın vaxtı çatıb”, – deyə Mirziyoyev vurğulayıb.

Bu kontekstdə özbəkistanlı dövlət başçısı, kimya və enerji sənayesi, faydalı qazıntıların hasilatı, yüngül sənaye, əczaçılıq, ərzaq emalı, dəri istehsalı və tikinti kimi əsas sahələrdə istehsal güclərinin yaradılmasına yönəlmiş sənaye əməkdaşlığı proqramının hazırlanmasını təklif edib.

Bundan başqa, Mirziyoyev yaxın vaxtlarda Səmərqənddə keçirilmiş Beynəlxalq İqlim Forumunun nəticələrini xatırladıb. Forumda regional və qlobal miqyasda yaşıl inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı təkliflər müzakirə olunub.

Özbəkistan Prezidenti, həmçinin, Macarıstanın Baş naziri Viktor Orbana Budapeştdə Quraqlığın Qarşısının Alınması İnstitutunun yaradılması təşəbbüsünə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, institut artıq TDT çərçivəsində fəaliyyətə başlayıb.

“İnstitutun fəaliyyətini dəstəkləmək və onun praktiki layihələrə cəlb olunmasını artırmaq üçün quraqlığın və ekoloji problemlərin qarşısının alınması üzrə birgə yol xəritəsinin hazırlanmasını təklif edirəm”, – deyə özbəkistanlı dövlət başçısı bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti