Bakı. Trend:
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi İran və ABŞ tərəfləri arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün danışıqların beşinci raundu mayın 23-də Romada keçirələciyini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi öz "Telegram" kanalında yazıb.
İ.Bəqayinin sözlərinə görə, Oman növbəti raundun “cümə günü İtaliyanın paytaxtında keçirilməsini” təklif edib və İran “bu təkliflə razılaşıb”.
O, əlavə edib ki, iranlı danışıqlarçılar “İran xalqının hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətlidirlər”.