...

Qərbi Çıraq platformasında ilkin quyunun qazılması işləri tamamlanıb - bp

İqtisadiyyat Materials 21 May 2025 18:40 (UTC +04:00)
Qərbi Çıraq platformasında ilkin quyunun qazılması işləri tamamlanıb - bp
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Çıraq platformasında ilkin quyunun qazılması işləri tamamlanıb.

Trend xəbər verir ki, bu barədə bp-nin yaydığı məlumatda deyilir.

"Nəhəng AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində işlər davam edir.

Bu işlərin bir hissəsi kimi mövcud Qərbi Çıraq platformasından artıq ilkin quyunun qazılmasını bitirdik.

İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək olacağını gözləyirik", - bp-dən bildirilib.

Qeyd edək ki, Qərbi Çıraq platforması Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft hasilat platformalarından biridir. Bu platforma "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunun bir hissəsidir və Çıraq yatağının qərb hissəsində yerləşir. bp (British Petroleum) AÇG yataqlarının operatorudur. 2014-cü ilin əvvəlindən tam hasilata başlanılan platforma əlavə neft ehtiyatlarının hasil olunması və ümumi AÇG layihəsinin hasilat gücünün artırılması üçün tikilib.

Xəbər lenti

Xəbər lenti