...

“Tesla” pilotsuz taksi xidmətinin işə salınması planını təsdiqləyib

Dünya xəbərləri Materials 21 May 2025 20:47 (UTC +04:00)
“Tesla” pilotsuz taksi xidmətinin işə salınması planını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask sahibi olduğu “Tesla” şirkətinin iyunun sonunda Texas ştatının Ostin şəhərində 10 avtomobillə pilotsuz taksi (Robotaxi) xidmətinin başlayacağını elan edib.

Trend xəbər verir ki, İlon Mask bu barədə CNBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, uğurlu və insidentsiz keçəcəyi təqdirdə xidmət tez bir zamanda minlərlə avtomobilədək genişlənəcək.

Amerikalı sahibkar Ostin şəhərində planlaşdırılan debütündən sonra “Robotaxi” xidmətini Los-Anceles və San-Fransiskoya gətirmək niyyətində olduğunu bildirib.

İlon Mask 2016-cı ildə “Tesla” sərmayədarlarına və müştərilərinə insan müdaxiləsi olmadan sərnişinləri təhlükəsiz daşıya bilən pilotsuz avtomobil təqdim edəcəyinə vəd verib. Kompaniya robot taksidə “FSD Unsupervised” sisteminin (tam avtonom idarəetmə) gələcək versiyası ilə təchiz olunmuş “Model Y” avtomobilinin xidmət göstərəcəyini açıqlayıb.

Eyni zamanda, “SpaceX” kompaniyasının və “xAI” startapının rəhbəri olan Mask ABŞ Prezidenti Donald Trampın da əsas məsləhətçisidir.

Qeyd edək ki, “Bloomberg” agentliyi dünyanın ən varlı insanı titulunu daşıyan İlon Maskın sərvətini təxminən 376 milyard dollar həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti