...

"Tottenhem" Avropa Liqasının qalibi olub (VİDEO)

İdman Materials 22 May 2025 01:03 (UTC +04:00)
"Tottenhem" Avropa Liqasının qalibi olub (VİDEO)

Bakı. Trend:

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

Trend-in məlumatına görə, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti