Bakı. Trend:
Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.
Trend-in məlumatına görə, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.
Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.