...

Sülh danışıqları ilə paralel olaraq Ukraynaya hərbi yardım lazımdır - NATO-nun baş katibi

Dünya xəbərləri Materials 22 May 2025 01:58 (UTC +04:00)
Sülh danışıqları ilə paralel olaraq Ukraynaya hərbi yardım lazımdır - NATO-nun baş katibi

Bakı. Trend:

Ukrayna sülh danışıqları ilə paralel olaraq Qərbdən hərbi yardım almalıdır.

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rütte NATO-nun Brüsseldəki qərargahında Niderlandın Baş naziri Dik Sxoof ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Müharibənin ədalətli və davamlı sona çatdırılması üçün təcili səylərə tam dəstəyimizi bir daha təsdiqləsək də, ukraynalıları müdafiə etmək üçün lazım olan resurslarla təmin etməyə davam etməliyik", - deyə o bildirib.

NATO-nun baş katibi Niderland hökumətinin başçısı ilə təşkilatın iyunun 24-25-də Haaqada keçiriləcək sammitinə hazırlığı və Ukraynaya dəstəyi müzakirə edib.

Mark Rütte Dik Sxoofa müraciət edərək dedi: "Mən 2026-cı ildə Ukraynaya 3,5 milyard avro, eləcə də pilotsuz uçuş aparatları üçün 700 milyon avro vəd etdiyinizi ürəkdən alqışlayıram. NATO-nun Ukraynaya hərtərəfli yardım paketində 100 milyon avro məbləğində bu yaxınlarda verdiyiniz açıqlama da Kiyevin suverenliyinə və təhlükəsizliyinə sarsılmaz sadiqliyinizi vurğulayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti