...

“Barselona” Hans-Diter Flik ilə yeni müqavilə imzalayıb

İdman Materials 21 May 2025 23:36 (UTC +04:00)
“Barselona” Hans-Diter Flik ilə yeni müqavilə imzalayıb

Bakı. Trend:

İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Alman mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq müqavilə daha bir il müddətinə uzadılıb.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında La Liqada turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti