...

İranın Azərbaycandan məhsul idxalı artıb

İqtisadiyyat Materials 21 May 2025 19:02 (UTC +04:00)
İranın Azərbaycandan məhsul idxalı artıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 1-ci ayında (21 mart -20 aprel 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji ayı ilə (20 mart -19 aprel 2024) müqayisədə dəyər baxımından 66%, çəki baxımından 30 dəfə artıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 1-ci ayda İranın Azərbaycandan məhsul idxalı 95,2 min dollar dəyərində 40 ton təşkil edib.

Statistikada deyilir ki, ötən ilin analoji ayında (21 mart -20 aprel 2023) İran Azərbaycandan 57,3 min dollar dəyərində 1,3 ton məhsul idxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Statistikaya görə, 1-ci ayda İranın Azərbaycanla ticarət dövriyəsi 32,7 milyon dollar dəyərində təxminən 51 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji ayı ilə müqayisədə dəyər baxımından 6,16%, çəki baxımından 19,6% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, 1-ci ayda İrana qeyri-neft məhsul idxalı 2,85 milyard dollar dəyərində 1,8 milyon ton təşkil edib. Qeyri-neft məhsul idxalı ötən ilin analoji ayı müqayisədə dəyər baxımından 2,3% artıb, çəki baxımından 26,4% azalıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların ölkəyə idxal olunmasına müəyyən məhdudiyyətlər tətbiq edir.

Cari İran ili 1-ci ay ixrac

32 605 359 dollar 50 935 514 kq

Ötən İran ili 1-ci ay ixrac

34 790 776 dollar 63 415 425 kq

Cari İran ili 1-ci ay idxal

95 194 dollar 39 980 kq

Ötən İran ili 1-ci ay idxal

57 348 dollar 1 285 kq

Xəbər lenti

Xəbər lenti