Bakı. Trend:
Suriyada baş verə biləcək hərbi insidentləri operativ şəkildə həll etmək üçün İsrail və Türkiyə arasında birbaşa əlaqə kanalı yaradılıb.
Trend-in məlumatına görə, bu barədə "Middle East Eye" xəbər portalı bildirib.
Məlumata əsasən, bu ilin aprelində keçirilən görüş zamanı hər iki ölkənin nümayəndələri Suriyada mümkün silahlı toqquşmaların qarşısının alınması üçün nəzərdə tutulmuş xüsusi mexanizm hazırlamağa başlayıblar. Elə həmin ay Suriya ərazisində yaranan hər hansı münaqişə vəziyyətinə dərhal reaksiya vermək imkanını təmin edən 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyətə başlayıb.