Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda yəhudi muzeyinin qarşısında iki İsrail səfirliyi əməkdaşının qətlə yetirilməsinə reaksiya bildirib.
Trend xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Tramp anti-semitizm zəminli qətllərə son qoymağa çağırıb.
“Vaşinqtonda törədilən bu dəhşətli qətlər, açıq aşkar antisemitist zəminli olub və buna son qoymaq lazımdır”, -o yazıb.
Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio da törədilən qəttlərə münasibət bildirib.
“Biz Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının öldürülməsini ən qəti şəkildə pisləyirik. Onlar üçün dualar edirik. Bu arsızca törədilmiş qorxaq anti-semit zorakılığıdır. Biz günahkarları tapıb onları məsuliyyətə cəlb edəcəyik, buna heç şübhəniz olmasın”, - Rubio “X” sosial şəbəkəsində yazıb.