...

Binəqədidə silsilə oğurluqlar edən şəxs tutuldu

Hadisə Materials 22 May 2025 11:48 (UTC +04:00)
Binəqədidə silsilə oğurluqlar edən şəxs tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu ərazisində 1369 manat dəyərində kabel oğurlanıb.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs rayon ərazisində bir nəfərin “Kia” markalı avtomobilindən 660 manat maddi vəsait və digər bir şəxsin həyətindən 1000 manat dəyərində dəmir materiallar da oğurlayıb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti