Bakı. Trend:
Qazaxıstanda ən yaxşı 10 bankın CEO-larının 40%-i qadınlardır.
Trend xəbər verir ki, bu sözləri Qazaxıstanın "Halyk Bank" bankının Baş icraçı direktoru Umut Şayaxmetova bu gün Bakıda keçrilən "SHE Kongress 2025" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, ən çox qadınların təmsil olunduğu sahələr əsasən sənayenin aşağı pillələrində, xüsusilə bank və maliyyə sektorunda müşahidə olunur: "Maliyyə, bank və daş sənayesi uzun müddət kişi cəmiyyətinin hökm sürdüyü sahələr olub. Amma bu son 10-15, bəlkə də 15-20 ildə dəyişməyə başlayıb. Məsələn, bu gün Qazaxıstanda maliyyə bazarlarına nəzarət edən tənzimləyici quruma bir qadın rəhbərlik edir. Onun adı Vadinadır.
Bizdə ən yaxşı 10 bankın CEO-larının 40%-i qadınlardır. Daha aşağı səviyyədə çalışan işçilər arasında isə 60-70% qadınlardır".
"Məni sevindirən digər bir məqam isə İT sahəsində çalışan qadınların sayının artmasıdır. Eləcə də süni intellekt və məlumat analitikası kimi sahələrdə – bu sahələr əvvəllər daha çox kişi mühəndislərin çalışdığı sahələr hesab olunurdu.
Düşünürəm ki, bu gün qadınlar üçün bütün üfüqlər açıqdır və imkanlar sonsuzdur", - deyə U. Şayaxmetov qeyd edib.