...

Gürcüstanın maliyyə sektorunda qadınların rolu inkişaf etməkdədir - Natia Turnava

İqtisadiyyat Materials 22 May 2025 13:31 (UTC +04:00)
Gürcüstanın maliyyə sektorunda qadınların rolu inkişaf etməkdədir - Natia Turnava
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son iyirmi ildə, bəlkə də artıq on beş ildir ki, Gürcüstanda maliyyə sektorunda, banklarda qərar qəbul etmədə qadınların rolu inkişaf edir.

Trend xəbər verir ki, bunu Gürcüstan Milli Bankının sədri Natia Turnava bu gün Bakıda keçrilən "SHE Kongress 2025" tədbirində çıxışı zamanı deyib.

O, əvvəlcə xatırladıb ki, bir neçə ay əvvəl Mərkəzi Bankın sədri vəzifəsinə təyin olunub və bu vəzifəyə təyin olunan ilk qadın olduğunu – Gürcüstan Mərkəzi Bankının tarixində ilk qadın rəhbər olduğunu diqqətə çatdırıb: "Bu, eyni zamanda mənim karyeramda müəyyən mərhələni əks etdirir. Bunu sizdən təqdir almaq üçün demirəm. Bunu deməyimin səbəbi, bu səviyyədə hələ də nə qədər böyük fərqin mövcud olduğunu göstərməkdir.

Qadınlar əldə olunmuş irəliləyişlərə baxmayaraq, maliyyə sənayesində hələ də kifayət qədər təmsil olunmurlar.

Amma mən nə etdim – əslində biz nə etdik – bu boşluğu dərhal kompensasiya etdik. Çünki düşünürəm ki, bizim idarə heyətimiz, icraçı üzvlərimiz, yəqin ki, bölgədə, hətta dünya səviyyəsində olmasa da, ən çox qadından ibarət olan rəhbərliklərdən biridir. Mənim bütün müavinlərim qadındır.

Nəzarət Şurasının doqquz üzvündən beşi, o cümlədən mən də daxil olmaqla dörd icraçı rəhbər qadındır. Amma məncə, bu ən yaxşı tərkibdir, xüsusilə də bu çətin dövrləri nəzərə alsaq – yəni, geosiyasi risklər, bazarda artan qeyri müəyyənlik, bir çox inflyasiya şokları. Belə bir vəziyyətdə qərarvermə səviyyəsində güclü qadın təmsilçiliyinin olması çox yaxşıdır. Çünki məlum faktdır ki, qadınlar adətən daha az risk götürürlər. Onlar riskləri idarə etmək üçün daha balanslaşdırılmış qərarlar verməyə meyllidirlər
və bu, rəqabət güclərimiz üçün məhz ehtiyac duyduğumuz şeydir".

"Biz adətən bu kompromislərlə üzləşirik; məhsuldarlıq, iqtisadiyyatı dəstəkləmək və ya inflyasiyanı azaltmaq kimi seçimlər arasında, riskləri necə balanslaşdırmaq və idarə etmək barədə qərarlar verməli oluruq. Buna görə də mən çox qürur duyuram ki, ilk növbədə, mənim fəaliyyət dövrümdə makroiqtisadi vəziyyət kifayət qədər yaxşı görünür. Mən demək istəmirəm ki, bu yalnız bizim xidmətimiz və gündəmimizin nəticəsidir. Amma çox güman ki, elə belədir. Çünki bizim pul-kredit siyasətimiz də yaxşı balanslaşdırılmışdır və biz bu məsələdə hər zaman eyni baxış bucağını paylaşırıq. Yəni ehtiyatlı və diqqətli olmalıyıq, və bu da nəticələrdə öz əksini tapır. Eyni zamanda, bizim etdiyimiz işlər təkcə bu dövrdə başlamayıb, artıq 2022-ci ildən etibarən banklar üçün korporativ idarəetmə kodeksimizi yenidən formalaşdırmışıq. Çünki banklar da, sizin deyəcəyiniz kimi, gender bərabərsizliyi yaşayır. Biz bu məsələni kodeksə daxil etdik ki, tədricən qadın idarə heyəti üzvlərinin xüsusi bir faiz nisbətinə çatması təmin olunsun. Bu göstərici artıq artırılaraq məcburi 20%-dən indi 30%-ə çatdırılıb", - baş bankir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti