Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycana Rusiyadan 420,2 min kVt/saat həcmində elektrik enerjisi idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 27,3 min ABŞ dolları olub.
Gürcüstandan elektrik enerjisi alışı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 12,2 milyon kVt/saat və ya 30 dəfə, dəyər ifadəsi ilə 794,2 min ABŞ dolları, yaxud da 30 dəfə azalıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Gürcüstandan Azərbaycana 12,6 milyon kVt/saat həcmində, 821,5 min ABŞ dolları dəyərində elektrik enerjisi alınmışdı.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana Rusiya, Gürcüstan və İrandan 933 min ABŞ dolları dəyərində 30 milyon kVt/saat elektrik enerjisi idxal edilib.