...

Qarabağ və Şərqi Zəngəzur çox qısa dövr ərzində sıfır karbon emissiyası olan bir regiona çevriləcək

İqtisadiyyat Materials 22 May 2025 15:26 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur çox qısa dövr ərzində sıfır karbon emissiyası olan bir regiona çevriləcək
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Qarabağ və Şərqi Zəngəzur çox qısa dövr ərzində sıfır karbon emissiyası olan bir regiona çevriləcək.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda yerləşən "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri mövcuddur:

"Biz COP29-da elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 % "yaşıl enerji" ilə təmin ediləcək. Hazırda "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var. Qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksinin dam örtüyündə də 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində "yaşıl texnologiyalar"dan istifadə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti