...

Azərbaycan İrandan elektrik enerjisi alışını artırıb

İqtisadiyyat Materials 22 May 2025 18:00 (UTC +04:00)
Azərbaycan İrandan elektrik enerjisi alışını artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycana İrandan 8 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 226,5 min ABŞ dolları olub.

İrandan elektrik enerjisi alışı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 244 min kVt/saat və ya 3,2%, dəyər ifadəsi ilə 7 min ABŞ dolları, yaxud da 3,2% artıb.

Belə ki, 2024-cü ilin birinci rübündə İrandan Azərbaycana 7,7 milyon kVt/saat həcmində, 219,5 min ABŞ dolları dəyərində elektrik enerjisi alınmışdı.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana Rusiya, Gürcüstan və İrandan 933 min ABŞ dolları dəyərində 30 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti