...

Tehrandakı terrorun hüquqi sonluğu: Bakı qətiyyətinin diplomatik zəfəri – ŞƏRH

Siyasət Materials 22 May 2025 19:12 (UTC +04:00)
Tehrandakı terrorun hüquqi sonluğu: Bakı qətiyyətinin diplomatik zəfəri – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İrandakı Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı məhkəmə qərarının icra edilməsi çox böyük hadisədir. Çünki səfirlikdə terror hadisəsi törədilən dövrdə Prezident İlham Əliyev qətiyyətli çıxış edərək, səfirliyin bağlandığını bildirdi, diplomatları geri çağırdı və cinayətkarın cəzalandırılmasını tələb etdi.

Bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, bu hadisəni törədən şəxsin arxasında müəyyən qüvvələr var idi.

“Bu məsələni uzatdılar, onu qəhrəman kimi təqdim edirdilər, televiziyalara müsahibə verirdi. Bunlar bizim xalqımızda da ciddi narazılıq yaratdı. İbrahim Rəisinin ölümündən əvvəl İran-Azərbaycan münasibətləri normallaşmağa başladı. Daha sonra Məsud Pezeşkian da Azərbaycana səfərində cinayətkarla bağlı məhkəmə qərarının yerinə yetiriləcəyini bildirdi. Nəhayət, mayın 21-də hökm yerinə yetirildi”.

Politoloqun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin dövlət adına, ölkənin vətəndaşları ilə bağlı məsələlərdə prinsipial mövqeyini göstəricisidir:

“Ötən il dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması və vətəndaşlarımızın Qazaxıstanın Aktau şəhərində həlak olmasından sonra da Rusiyaya səfər edən Azərbaycan Prezidenti təcili geri qayıtdı, çıxış edərək bildirdi ki, bu hadisəni törədənlər ciddi cəzalanmalıdır. Hələ ki hadisəni törədən cinayətkarlar cəzalanmayıblar, Azərbaycana vurulan ziyan ödənilməyib.

Azərbaycan isə həmişə beynəlxalq hüquq normalarına uyğun olaraq belə məsələləri anındaca yerinə yetirir. 44 günlük müharibədə Rusiyaya məxsus təyyarə Naxçıvan ərazisində vurulmuşdu. Azərbaycan dərhal kompensiyaya ödədi, həlak olanların ailələrinə ciddi maliyyə dəstəyi göstərdi. Lakin Aktaudakı qəzadan 5 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi bu addımları atmayıb”.

Elşad Həsənov qeyd edib ki, Azərbaycan modeli bir çox ölkələr üçün nümunədir.

“Prezident İlham Əliyev torpaqlarımız işğal altında olanda da güclü ordu yaratdı, həmin orduya rəhbərlik edərək 44 günlük müharibədə qələb qazandı, 1 günlük antiterror tədbirləri tədbirləri nəticəsində separatçılığın kökü kəsildi. Bütün bunlar Azərbaycan Prezidentinin öz dövləti və xalqına olan istəyindən irəli gəlir. İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri aparılır, Prezident İlham Əliyev tez-tez həmin bölgələrə səfərlər edir, təməlqoyma mərasimləri, açılışlarda iştirak edir. Bu Azərbaycan liderinin xalqa göstərdiyi münasibətdir. Məhz buna görə də xalq da liderinin yanındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti