...

Ermənistan hökumətinin təhrif edilmiş bəyanatlar yayması, inkarçılıq xətti tutması qəbuledilməzdir - İcma

Siyasət Materials 22 May 2025 18:13 (UTC +04:00)
Ermənistan hökumətinin təhrif edilmiş bəyanatlar yayması, inkarçılıq xətti tutması qəbuledilməzdir - İcma
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 may 2025-ci il tarixində Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır.

Trend xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurulanıb ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə təhrif edilmiş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir.

"Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir.

İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək", - deyə bəyanatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti