...

Gürcüstanda verilmiş biznes kreditlərinin 16%-i qadınlara məxsusdur - Baş bankir

İqtisadiyyat Materials 22 May 2025 13:18 (UTC +04:00)
Gürcüstanda verilmiş biznes kreditlərinin 16%-i qadınlara məxsusdur - Baş bankir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda kreditə sahib olan bizneslərin cəmi 16%-i qadınlara məxsusdur.

Trend xəbər verir ki, bunu Gürcüstan Milli Bankının sədri Natia Turnava bu gün Bakıda keçrilən "SHE Kongress 2025" tədbirində çıxışı zamanı deyib.

O, Gürcüstanın maliyyə sektoruna aid dəqiq rəqəmlərə diqqət çəkib: "Bizdə kreditə sahib olan bizneslərin cəmi 16%-i qadınlara məxsusdur. Bu çox da yaxşı göstərici deyil. Üstəlik, dövriyyədə olan ümumi kredit həcmi baxımından qadınlara məxsus bizneslər bu məbləğin sadəcə 7%-nə sahibdir. Düşünürəm ki, bu baxımdan biz tək deyilik. Əminəm ki, Qazaxıstan və Azərbaycanda da qadın sahibkarlar oxşar çətinliklərlə üzləşirlər. Məsələn, mülkiyyət hüququ – əksər hallarda mülkiyyət kişilərin adınadır və girov məsələsində qadınlar daha az hazırlıqlıdır və banklara daha güclü girov təqdim etmək imkanları məhduddur. Eyni zamanda, qadınlar arasında maliyyə savadlılığı səviyyəsi də daha aşağı ola bilər".

"Bu səbəbdən biz indi qadınlara dəstək olmaq üçün xüsusi bir platforma yaradıb fəaliyyət göstəririk. Həmçinin “Qadın Sahibkarlar Maliyyə Kodeksi” adlı xüsusi təşəbbüslər həyata keçiririk. Bu çoxtərəfli təşəbbüsdür və bizim genderə həssas sahibkarlığın təşviqi siyasətimizlə uzlaşır. Bu təşəbbüs maliyyə sektoru və sahibkarlıqla bağlı bir çox ideyanı birləşdirir və qadınların bu sahədə müxtəlif səviyyələrdə təmsilçiliyini təşviq etmək məqsədi daşıyır", - Gürcüstan Milli Bankının sədri Natia Turnava fikirlərini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti