Bakı.Trend:
Dövlət sərhədini qanunsuz keçən şəxsin işi üzrə ibtidai istintaq yekunlaşıb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə 27 sentyabr 2024-cü ildə baş verib.
bELƏ Kİ, Mingəçevir rayonunda anadan olan şəxs 2023-cü ildə dövlət sərhədini qanuni şəkildə keçərək Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə gedib. Daha sonra Bodrum şəhərinə bibisi oğlunun yanına gedib.
Bir neçə gün sonra bibisi oğlu Suriya, Pakistan vətəndaşlarını pul müqabilində qanunsuz olaraq Bodrum şəhərindən Yunanıstana keçirtdiyinə görə onlar Bodrum şəhərində polislər tərəfindən saxlanılıb. Bu zaman təqsirləndirilən şəxs dəPolislər tərəfindən saxlanılan zaman üzərində olan şəxsiyyət vəsiqəsini və digər sənədlərini itirib. Bu hadisəyə görə o, 7 ay həbs cəzası alıb, 13 sentyabr 2024-cü ildə həbsdən buraxılıb və Naxçıvan MR-na getmək məqsədi ilə Türkiyə Respublikasının İğdır şəhərinə gedib. Lakin, sənədləri olmadığı üçün dövlət sərhədindən buraxılmayacağını öyrəndikdən sonra 23 sentyabr 2024-cü ildə Qars şəhərində yerləşən Azərbaycan Respublikasının Konsulluğuna müraciət edib, orada ona Azərbaycan Respublikasına məxsus sənədlərinin olmadığı üçün köməklik olunmayacağı bildirilib. Şəxs daha sonra yenə qanunsuz yolla İranın Təbriz şəhərinə keçib.
25 sentyabr 2024-cü ildə İran İslam Respublikasının Biləsuvar şəhərinə Azərbaycan Respublikasının dövlət sərhədinə gedib. Orada olarkən gecə saat 03 radələrində İran İslam Respublikasının dövlət sərhədini keçmək üçün növbəyə dayanmış yük nəqliyyat vasitəsinin arxasından altına keçmiş və avtomobilin təkərlərini birləşdirən yayın (difer) üzərinə orturaraq dövlət sərhədini keçib Azərbaycan Respublikasının ərazisinə keçib.
Biləsuvar rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və ona ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib