...

Netanyahunun İsrail səfirliyi əməkdaşlarının güllələnməsinə reaksiyası

Dünya xəbərləri Materials 22 May 2025 10:55 (UTC +04:00)
Netanyahunun İsrail səfirliyi əməkdaşlarının güllələnməsinə reaksiyası
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının güllələnməsi fonunda İsrailin baş naziri Binyamin Netanyahu bütün dünya ölkələrində yerləşən İsrail səfirliklərinin təhlükəsizlik tədbirlərinin artırılmasına dair göstəriş verib.

Trend xəbər verir ki, bu barədə o, öz “X” səhifəsində yazıb.

“Biz İsrail dövlətinə qarşı amansız təhriklərin və antisemitizmin nə qədər ağır nəticələrə səbəb olduğuna şahidlik emtəkdəyik. İsrailə qarşı qanlı böhtanların kəsəri artır və biz onlara qarşı sona qədər mübarizə aparmalıyıq,” – Netanyahu vurğulayıb.

Qeyd edilir ki, Netanyahu ABŞ-dəki İsrail səfiri Yexiel Layterlə danışaraq hadisə ilə bağlı son məlumatları əldə edib. O, həmçinin ABŞ-nin baş prokuroru Pəm Bondi ilə də əlaqə saxlayıb. Bondi baş nazirə baş verənlərlə bağlı indiyədək məlum olan bütün detalları ətraflı şəkildə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti